Qara Saqqal
Edvard Tiç (ing. Edward Teach) ləqəbi Qarasaqqal (ing. Blackbeard ; 1680, Bristol, İngiltərə - 22, о. Окракок, Şimali Karolina ) - Vest-Hinddə və Böyük Britaniyanın Şimali Amerika koloniyalarının şərq sahillərində fəaliyyət göstərən ingilis piratı. Onun erkən həyatı haqqında çox az şey məlumdur, lakin o, Bahamanın Nyu Providence adasında məskunlaşmazdan əvvəl Kraliça Anna müharibəsi zamanı matros olub. Kapitan Benjamin Hornigqld Nyu Providens adasında yerləşirdi və Tiç 1716-cı ildə onun komandasına qoşuldu. Horniqold onu ələ keçirdiyi gəmiyə komandir təyin etdi və onlar çoxsaylı pirat fəaliyyətlərinə birlikdə iştirak etdilər. Onların donanmasına daha iki gəmi əlavə edildi, onlardan birinə Stid Bonnet komandanlıq etdi, lakin 1717-ci ilin sonunda Horniqold özü ilə iki gəmi götürərək piratçılıqdan uzaqlaşdı.
Tiç Fransız kölə gəmisi olan "Koncord"-u ələ keçirdi, və onun adını "Kraliça Annanın qisası" qoydu. Onu 40 topla təchiz etdi və 300-dən çox adamdan ibarət heyəti idarə etdi.